...

Ermənilərin Cənubi Qafqazda məskunlaşması: Reallıqlar və xülyalar

Cəmiyyət Materials 11 Aprel 2019 18:24 (UTC +04:00)
Hər bir fərdin özünəməxsus səciyyəvi xüsusiyyətləri olduğu kimi, hər bir etnosun da özəl keyfiyyətləri vardır.
Ermənilərin Cənubi Qafqazda məskunlaşması: Reallıqlar və xülyalar

Bakı. Trend:

Bizim əsas problemimiz Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal olunmuş torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etməkdir.

Heydər Əliyev

Hər bir fərdin özünəməxsus səciyyəvi xüsusiyyətləri olduğu kimi, hər bir etnosun da özəl keyfiyyətləri vardır. Etnopsixoloqların dərin araşdırmalarına görə hər bir xalqın, millətin xarakteri onun tarixi keçmişi ilə sıx bağlı olub onun formalaşmasında mühüm rol oynayır. Təbii ki, bu məqalədə ayrı-ayrı xalqların yox, məhz yəhudi əsilli tarixçi Tatsitin təbirincə desək bəşəriyyət üçün “xərçəng xəstəliyi”olan ermənilərin Yaxın və Orta Şərqə, o, cümlədən Qafqaza gəlişi və burada onların havadarlarının köməyi ilə məskunlaşmasını tarixi faktlar, mənbələr, ayrı-ayrı müəlliflərin əsərləri vasitəsi ilə izləyib tarixi reallıqları və erməni “alimlərinin”, kilsə xadimlərinin uydurmalarını, xülyalarını araşdırmağı qarşıya məqsəd qoyulub.

Erməni tədqiqatçıları heç bir reallıqlara əsaslanmayaraq, ermənilərin tarixən Qafqaz köklü, ilahi tərəfindən seçmə xalq olduğunu, dərin, zəngin sivilizasiyaya, böyük imperiyaya sahib olduqlarını çəkinmədən qeyd edirlər. Lakin tarixi, antropoloji nöqteyi-nəzərdən yanaşdıqda məlum olur ki, ermənilər “Qafqazion” tipli yox, “Balkan” tipli xalqdır. Əlbətdə bu barədə çox yazmaq olar, lakin bizi düşündürən bu “erməni virusu” nun Qafqaza necə düşməsidir.

Rusiya Elmlər Akademiyasının müxbir üzvü K.Patkanyan yazırdı: Ermənilər heç bir zaman vətən və dövlət sahibi olmayıblar. Onlar tarixən romalılara, parfiyalılara, sasanilərə, ərəblərə, səlcuqlara, monqol-türklərə, səfəvilərə, osmanlılara və nəhayət ruslara xidmət edən xalq olmuş və yeri gəldikcə öz mənafeləri üçün ustalıqla onlardan istifadə edə bilmişlər”.

İndi biz ermənilərin Qafqaza tarixi gəlişini təkzib olunmaz faktlar əsasında izləyək. Siseron tərəfindən “tarixin atası” adlandırılan Herodot “Tarix” əsərində qədim Balkan tayfalarından biri olan friqlərin(briqlərin) adını çəkir. “Güman edilir ki, qədim haylar friqlərdən bir qol kimi ayrılaraq (daha doğrusu qovularaq) Mesopotamiyaya üz tuturlar ( əsasən Fərat çayının Şərq sahillərinə)”. Bu fikri erkən orta əsr erməni mənbələrində də gedir. Belə ki, erməni tarixçisi Movses Xorenli yazır ki, qədim, ermənilər öz yurd yerlərini Fəratın Şərqində axtarsınlar.[ И. М. Гусейнова. История народов Кавказа. Баку. 2018, 1248c, s. 131]

E.ə. 65-ci ildə Artaşetlər Ərməniyyəsi Roma ilə Parfiya arasında erməni çarlığı 2 hissəyə bölündü. Artaşetlər Ərməniyyəsinin çox hissəsi Parfiyanın, az hissəsi isə Roma imperiyasının tabeliyində qaldı. Erməni alimlərinin heç bir elmi əsası olmayan “Böyük Ermənistan” (Parfiya hissəsi) xəstəliyi məhz həmin tarixi hadisə ilə bağlıdır. 387-ci il müqaviləsi ilə Artaşetlər Ərməniyyəsinə son qoyulur.

Bununla dövlətçiliklərini tamamilə itirən ermənilər nəhayət ərəb işğallarından sonra Cənubi Qafqazda dini baxımdan xeyli fəallaşaraq ərəb xəlifələrinə, sərkərdələrinə xidmət etmiş erməni-qriqorian kilsəsi bu dövrdə Azərbaycanın maddi-mədəni irsi - Alban Həvari kilsəsinin zəifləməsinə çalışmışdı. Ərəb xilafətinə, monqollara hərtərəfli xidmət edən ermənilər bu dövlətlərin süqutundan sonra xeyli zəifləyir və Azərbaycan Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahın dövründə erməni-qriqorian kilsəsinin iqamətgahı 1441-ci ildə Kilikiyanın Sis şəhərindən İrəvan şəhərindən uzaq olmayan indiki Eçmiədzin (Üçmiədzin) ətrafında yerləşərək keçmiş alban monastrına köçür və bu dövrdən başlayaraq, Azərbaycanın xristian abidələri ermənilər tərəfindən məqsədyönlü şəkildə saxtalaşdırılır və erməniləşdilir [И. М. Гусейнова. История народов Кавказа. Баку. 2018, 1248c, s.164-165].

Tarixi mənbələr göstərir ki, ümumiyyətlə, XV əsrin əvvəllərinə qədər Cənubi Qafqazda nə erməni kilsəsi olmuş, nə də ki, onlar bir toplum olaraq, burada məskunlaşmışlar. Akademik R.Mehdiyev, erməni tədqiqatçısı Suninin araşdırmalarına istinad edərək yazır: “XV əsrin ortalarına qədər ermənilər Cənubi Qafqazda yaşamayıblar”. Avstriya tədqiqatçısı Erix Faygılın fikrinə görə isə “Ermənistan coğrafi bölgənin adıdır, xalqın yox. Ermənilərin özünü “hay” adlandırmaları da göstərir ki, Ermənistan hayların tarixi vətəni olmayıb. [Erix Faygel.Terror haqqında həqiqət: Erməni terrorizmi-mənbə və səbəblər. Bakı 2000 s.13 ]

Erməni-qriqorian kilsəsi orta əsrlərdə özünə yeni havadarlar axtarmaq üçün Avropaya üz tutsa da, Avropa dövlətlərindən heç bir kömək ala bilməyəcəyini anladıqdan sonra Rusiya imperiyasına sığınmağa məcbur olmuş və öz məkrli məqsədlərinə çatmaq üçün hiylə və saxtakarlığı əsas vasitə kimi istifadə edərək, XX əsrin əvvəllərindən etribarən ermənilərin separatçılıq, millətçilik hərəkatı Qafqazda dağıdıcı amilə çevrilib. Bu yerdə İqor Peçenevin sözlərini xatırlatmaq yerinə düşər: “Rusiya imperiyası bu regionda gedən tarixi siyasi proseslərə müdaxilə edən gündən erməni kartından siyasi amil kimi istifadə edib və əvəzində onlara da pay düşüb”. Rusların verdiyi bu pay heç də az olmayib. Ermənilər tarix boyu həsrətini çəkdikləri arzularına çatıb, Azərbaycan torpaqlarında “Ermənistan” adlı bir dövlət yaradıb [“Azərbaycan” jurnalı. 2002 № 9, s. 158] .

Fransız tədqiqatçısı Jorj de Malevil tarixdə erməni dövlətinin olmadığı haqqında deyir: “1918-ci ildə İngiltərənin iradəsinə uyğun olaraq, çar imperiyasının xarabalıqlarında yaranmış və muxtar qurum kimi çox da uzun müddət yaşamayan erməni dövləti tarixdə qeydə alınmış yeganə müstəqil erməni dövləti idi”. Eçmiədzin sinodunun prokuroru olmuş A.Frenkel isə XX əsrin əvvəllərində yazırdı ki, “erməni xalqının tarixi taleyi onun müstəqil dövlət qurmağa, dövlət orqanizmi yaratmağa qadir olmadığını təkzibedilməz dəqiqliklə sübuta yetirmişdir”.

Ermənilər və Ermənistan haqqında dolğun düzgün bilgilərə yiyələnmək üçün rus müəlliflərindən V.Y. Veliçkonun, N.N.Şavrovun, A.S.Qriboyedovun, M.Lermontovun, V.T.Mayevskinin, A.S.Puşkinin, gürcü alimi İ.O.Çavçavadzenin və digər müəlliflərin də əsərlərinə baxmaq kifayət edər [İslam Sadıq. Elmdə erməni virusu. Bakı 2009, s.25] .

I Pyotr dövründə gerçəkləşməyən “erməni məsələsi”onun xələflərinin dövründə Rusiyanın siyasi gündəmində qaldı. Gülüstan (12 oktyabr 1813), Türkmənçay (10 fevral 1828) və Ədirnə (2 sentyabr 1829) sülh müqavilələrində Rusiyanın onları himayə etməsinə aid maddələr öz əksini tapıb. İran və Osmanlı imperiyasından köçürülən ermənilərin xüsusi çəkisi İrəvan, Naxçıvan, Qarabağ, Şirvan və digər əyalətlərdə xeyli artdı.

Rus tarixçisi N.N. Şavrov bu barədə daha müfəssəl məlumat verir. “1826-1828-ci illər müharibəsi qurtaran kimi 1828-1830-cu ilə qədər olan iki il ərzində Qafqaza 40.000 İran və 84.000 Türkiyə ermənisi köçürüb, onları demək olar ki, ermənilər yaşamayan Yelizavetpol və İrəvan quberniyalarında, Tiflis, Borçalı, Axalsıxi və Axalkalaki qəzalarında yerləşdirdik. Onlara 200.000 desyatin dövlət torpağı və müsəlmanlardan alınmış 2 milyon manatlıqdan çox torpaq verilmişdir. Yelizavetpol quberniyasının dağlıq hissəsində və Göyçə gölünün sahilində gəlmə ermənilər yerləşdirilmişdir. Mütləq nəzərə almaq lazımdır ki, 124 min erməni rəsmi və çoxu da qeyri rəsmi köçürülmüşdür ki, onların da ümumi sayı 200.000 nəfərdən çoxdur”. Bu axın uzun müddət davam etmiş, hətta Suriyadan, Livandan və digər ərəb ölkələrindən gələnlərin hesabına İrəvanda və ona yaxın ərazilərdə ermənilərin sayı xeyli artmışdır.

Tarixi faktlar sübut edir ki, ermənilərin 1918-ci ilə qədər Qafqaz bölgəsində heç bir dövlət qurumu olmamışdır. Qafqazda erməni, dövləti yaradılana qədər erməni xalqını kilsə idarə etmişdir. Sözügedən fikirləri rus tarixçisi İqor Peçenev də təsdiq edir: “Bu xalq əsrlər boyu vətənsizlik dərdi çəkib. Bu çox acı nəticəyə-elmdə “erməni xəstəliyi” adlandırılan sindromun meydana çıxmasına səbəb olub. Güya nə zamansa dövlətlərinin, dövlətçilik ənənələrinin olduğunu deyəndə də yalan danışırlar. Uydurduqları tarixi özlərindən başqa təsdiq edən yoxdur”.

Erməni tarixini uyduranlara və onların havadarlarına ən tutarlı cavabı inqilabaqədərki rus apologeti V.Y.Veliçko vermişdir: “Əgər erməni tarixinin üz qabığı üçün “uydurma” sözündən başqa onun məzmunu daha dolğun ifadə edən söz axtarsaydıq “xəyanət” sözünün üstündə dayanmalı olardıq” [V.Y.Veliçko. Qafqaz. Rus məsələsi və tayfalarası münasibətlər. Moskva 1904 s.68-69].

Erməni tarixi araşdırılanda onların müntəzəm şəkildə ətrafında olan güclü dövlətlərdən asılı olduqları, ancaq rus tədqiqatçısı V.Y.Veliçkonun yazdığı kimi sistematik şəkildə daim onlara “xəyanət etdikləri aşkara çıxır. Rus müəllif Orest Yevetsi isə qeyd edir ki, “Hiyləğər və bəzən də “oyunbaz” olmaq hamının bildiyi kimi ermənilərə məxsus bir xüsusiyyətdir”.

Ermənilərin hiyləgərliyi, qeyri-səmimiliyi, xəyanəti rusların bir atalar sözündə də öz əksini tapmışdır. “İki müsəvi bir erməniyə, iki erməni bir ruma, iki rum da şeytana bərabərdir ” ifadəsi ermənilərin hiyləgərliyini xüsusi olaraq vurğulamışdır. Ermənilərin hiyləgərliyi ilə əlaqədar alman səyyahı Alfred Kyorte, Rumlunun iki müsəvini (yəhudini) aldatdığını, erməninin isə iki rumlunu aldatdığı” atalar sözünün hər yerdə təsdiqini tapdığını qeyd etmişdir. Kyorte qələmə aldığı əsərində ermənilərin hiyləgərliyini qeyd edərək, “Sizi Anadolunun hər hansı bir yerində aldadıblarsa, demək Siz ermənilərlə iş görmüsünüz” demişdir. Əksinə türklərin düzgünlüyünü göstərərək yazmışdır: “Mən bir türk ilə iş gördüyüm zaman, yazılı bir sənəd imzalamağa ehtiyac hiss etmirəm. Çünki onun sözü kifayətdir”. Eyni zamanda “Rum və ya hər hansı bir levantla yazılı sözləşmə hazırlayıram. Çünki onlarla yazılı sənəd imzalamaq, həm vacib, həm də faydalıdır. Erməni ilə isə yazılı da olsa heç bir iş görmürəm, çünki onların yalançılığından və intriqalarından yazılı şərtlərlə də qoruna bilmərsiniz” şəklində düşüncələrini qeyd etmişdir. Oxşar ifadələr Fransız yazıçısı A.Dyuma tərəfindən yazılmışdır. O, 1858-ci ildə Qafqaz səyahətindən sonra qələmə aldığı “Qafqaz səfəri” adlı əsərin birinci hissəsində bölgədə yaşayan xalqlarla əlaqədar müşahidələrini bu şəkildə dilə gətirmişdir: “Qafqazda yaşayan hər xalqın özünə məxsus xüsusiyyətləri vardır”. “Fars (tat) ipək ticarəti edər, ləzgi xalça satar, tatar silah satar, erməninin bir xüsusiyyəti yoxdur, satılan hər şeyi satar hətta satılmayanı da. Ümumən ermənilər yaxşı təəssürat buraxmamışlar”.

XIX əsrin sonu XX əsrin əvvəllərində Osmanlı imperiyasının ayrı-ayrı vilayətlərində konsul işləmiş rus generalı V.T.Mayevski də, V.Şhtreker adlı alman tədqiqatçısı da ermənilərin hiyləgərliyini və yalançılığını, xəyanətini xüsusi vurğulamışlar. [Seyid Sertçelik. “Rus və Erməni Problemi. Meydana çıxma prosesi 1678-1914”. Ankara, 2017, 398 s., s.49-50]

San-Stefano (19 fevral 1878) və Berlin konfranslarında (13 iyun 1878) “Erməni dövlətini” yarada bilməyən erməni millətçiləri erməni dövlətinin yaradılmasının təkcə Rusiya ilə bağlı olacağı qərarını verirlər. Birinci dünya müharibəsi ərəfəsində Almaniyanın Osmanlı Türkiyəsindəki səfiri olmuş H.Morqentau öz xatirələrində Avropanın siyasi oyunlarına “erməni kartının” ortaya necə atılmasını sənədlərlə göstərmişdi. Digər alman siyasətçisi P.Rorbax müharibədən əvvəl ermənilərin təhlükə törədəcəyini əvvəlcədən bildirmişdi. Bu proqnozlar müharibə başlayanda özünü doğrultdu və ermənilərin türklərə qarşı xəyanəti Osmanlı dövlətini Rorbaxın planını həyata keçirməyə vadar etdi. [Nazim Qəhrəmanov. I Dünya müharibəsində Qafqaz cəbhəsində erməni amili. Bakı. 2011. s.12]. Belə ki, 1915-ci il fevralın 25-də Osmanlı rəhbərliyi tərəfindən erməni komitəçilərinin nəzarət altına alınması, erməni əsgərlərinin döyüşən hərbi hissələrdən xaric edilməsi, hərbi məhkəmələrin qiyam və quldurluq işlərinə baxacağı barəsində əmr göndərilmişdir.

Görülmüş tədbirlər nəticəsində yüzlərlə erməni qiyamçı həbs edilmiş, minlərlə silah, partlayıcı maddə, təbliğat vasitələri, təlimatlar müsadirə edilmişdir. Xəbərdarlıq yazıları erməni komitələrinin liderlərinə göndərilmiş və göstərilmişdir ki, bu hallar davam etdiyi təqdirdə xoş olmayan tədbirlər görüləcəkdir. Lakin bu cür xəbərdarlıqların verilməsinə baxmayaraq, komitələr və patriarxlıq, dinc əhali arasında qırğınlarının törədilməsini davam etdirmişdilər 1915-ci il. 24 aprel tarixində komitələrin və cəmiyyətlərin bağlanması, onların sənədlərinin, müsadirə edilməsi və rəhbərlərinin həbs edilməsi ilə əlaqədar “Təhcir” (köçmə) fərmanı imzalanmışdır”. Bəzi tarixçilər bu kəlməni “Deportasiya” mənasında işlədirlər. Təhcir fərmanı ilə yerini dəyişən şəxs köçdüyü yeni ərazidə sərbəst yaşaya bilər. Tarixi faktlar sübut edir ki, hal-hazırda ermənilərin iddia etdikləri kimi, təhcir, soyqırımı siyasəti deyil, xüsusi qanunun, əmr və göstərişlərin verilməsi, ermənilərin təhlükəsizliyini, səhhətini, əmlaklarını qorunmasını təsdiqləyən sənəddir. Ermənilərin köçürülməsi zamanı köçürülənlərin təhlükəsizliyi təmin edildi, məskunlaşma üçün kreditlər verildi. Livanda, Urfada, Şamda yetim evləri açıldı, yetim erməni uşaqları təhsillərini davam etdirmək üçün məktəblərə göndərildi, sağlamlıqları daim nəzarət altında saxlanıldı. 1915-ci ilin mayından başlayan köçürmə 1916-cı il 15 mart tarixində başa çatmışdır. 845 min köçürülmüş erməninin 345 mini Qafqazda yerləşdirilmişdi. [Nazim Qəhrəmanov. I Dünya müharibəsində Qafqaz cəbhəsində erməni amili. Bakı. 2011 s.19-20]

1917-ci il fevral burjua inqilabından sonra Rusiyada hakimiyyətə gələn müvəqqəti hökümət də erməni millətçi hərəkatını dəstəklədi. 1917-ci il mayın 9-da “Türkiyə Ermənistanı haqqında qərarlar” adlı sənəd ermənilərin lehinə qəbul edilmiş oldu və Rusiya protektoratı altında “Türkiyə Ermənistanı” adlı dövlətin yaradılmasına yönəldildi.Tiflisdə keçirilən erməni konfransında Qafqazı və Şərqi Anadolunu əhatə edəcək “Böyük Ermənistan” yaratmaq planı qəbul edildi.

1917-ci il oktyabr çevrilişindən sonra hakimiyyətə gələn bolşeviklər, ermənilərə münasibətində müvəqqəti hökümətin siyasətini davam etdirdilər. Bolşeviklər çar ordusu tərəfindən işğal edilmiş Şərqi Anadolunu ermənilərə təhvil verərək oradan çıxdılar. 1917-ci il dekabrın 29-da Rusiya XKS-nin Osmanlı imperiyasında yaradılacaq Erməni dövləti haqqında 13 saylı dekreti imzaladı. Qafqaz işləri üzrə müvəqqəti Fövqəladə Komissar Stepan Şaumyanın hərtərəfli köməkliyi ilə müvəqqəti imzalanmış müqaviləyə əsasən ermənilərin yapılmış dövlətinin ərazisi 9 min km2 , əhalisi 326 min nəfər təşkil edirdi. Bu qurumun ərazisi Basarkeçər, Erivan quberniyasının 3/5 hissəsi, Eçmiədzinin ¼ hissəsini əhatə etməklə, əhalisi 230 min erməni, 80 000 azərbaycanlı (türk) 5 min yezidi kürdü və 11 min xalqlar təşkil edirdi [Seyid Sertçelik. “Rus və Erməni Problemi. Meydana çıxma prosesi 1678-1914”. Ankara, 2017, 20-21]

Vaxtı ilə çarizmin himayəsində olan ermənilər, Ermənistan SSR yarandıqdan sonra Sovet Rusiyasının qanadı altına sığınıb, öz məkrli planlarını işə salaraq Azərbaycanın əzəli tarixi torpaqlarına qarşı, yeni iddialarla çıxış etməyə başladılar. Naxçıvan, Zəngəzur, Şərur-Dərələyəz, Qarabağ yenidən mübahisə obyektinə çevrildi. Zəngəzurun 4 mahalı (Sisyan, Gorus, Qafan, Mehri ) 1920-ci ilin dükabrın 1-də sovet Ermənistanına verildikdən sonra Naxçıvan sovet Azərbaycanından coğrafi cəhətdən ayrı salındı ( təxminən 50 km ). Bu zaman ermənilərin məkrli planında Qarabağın Azərbaycandan qoparılması əsas yerlərdən birini tuturdu.

1921-ci il 4 iyul tarixində RKP(b) Qafqaz Siyasi Bürosu plenumunun iclasında Qarabağ məsələsi müzakirəyə çıxarılmış və iki formada səsə qoyulmuşdur. 1. Qarabağı sovet Azərbaycanının tərkibində saxlamaq; 2. Qarabağın dağlıq hissəsini sovet Emənistanına birləşdirmək. İclas ermənilərin təhriki ilə keçirilmişdi. İclasda iştirak edənlərin kimlikləri bunu aydın göstərir. Stalin, Orconikidze, Maxaradze, Myusnikovyan, Kirov, Nazaretyan, Oraxelaşvili, Fiqatner və təklikdə qalan N.Nərimanov. Nəhayət, səs çoxluğu ilə Qarabağın dağlıq hissəsi sovet Ermənistanına verilir. Lakin N.Nərimanovun israrlı tələblərindən sonra məsələyə yenidən baxılır və Qarabağın dağlıq hissəsi Azərbaycan SSR-nin tərkibində qalır [Azərbaycan SSR-nin tərkibində DQMV-nin təşkili tarixindən. Azərnəşr. Bakı 1989. s.91-92].

Bununla razılaşmayan erməni millətçilərilər başqa bir yola əl atır. Ən azından Azərbaycan SSR-nin tərkibində milli-mədəni muxtariyyətə nail olmaq və onlar buna da nail olurlar. 1923-cü il iyulun 7-də Azərbaycan SSR tərkibində DQMV-ı yaranır. Erməni millətçiləri nəyin bahasına olursa-olsun DQMV-nı Azərbaycan SSR-dən qoparmağa çalışırdılar və beləliklə 1945-ci ilin iyununda EKP MK-nin birinci katibi T.V Arutyunov Stalin qarşısında bu məsələni yenidən qaldırır. Lakin Azərbaycan KP-nın rəhbərliyi bu məsələyə etiraz etdikdən sonra Moskva öz fikirindən əl çəkir. Məhz elə bundan sonra qədim oğuz-türk yurdumuz olan Qərbi Azərbaycandan (indiki Ermənistan Respublikası) soydaşlarımızın deportasiyası başlanır.

23 dekabr 1947-ci il SSRİ Nazirlər Sovetinin 4083 saylı fərmanına əsasən 100 min azərbaycanlının Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi qərara alınır. Soydaşlarımızın məcburi köçürülməsindən sonra Ermənistan SSR-də iqtisadiyyatın bir qolu olan kənd təsərrüfatında tənəzzül özünü göstərdiyinə görə onların geri dönməsinə göz yumulur. Amma bütün bunlara baxmayaraq düşmən öz işində idi. Belə ki, soydaşlarımız ermənilərin mənəvi, hüquqi, qeyri-insani təcavüzünə məruz qalır və öz ata-baba yurdlarını tərk etmək məcburiyyətində qalır.

Ötən əsrin 80-ci illərində sovet rəhbərliyinin yürütdüyü yanlış siyasət, SSRİ-nin, dünya sosializm düşərgəsinin dağılması ilə nəticələndi. Bundan istifadə edən erməni millətçiləri həm Azərbaycanda, həm də Gürcüstanda hərbi-siyasi baxımdan fəallaşmış və bu da Qafqazda etnik münaqişələrin alovlanmasına gətirib çıxarmışdır.

Ermənilər bu gün təkcə Azərbaycan üçün deyil, həm də Gürcüstanın baş ağrısına çevrilmişlər. Cənubi Osetiyanın, Abxaziyanın işğalında xüsusi canfəşanlıq göstərmişlər. Onların Cənubi Qafqazda işğalçı məskunlaşma siyasəti bu gün də davam edir. Yaxın-Orta Şərq regionunun faciələrinin baş verməsində xüsusi rolu olan erməni siyasətbazları Suriyadan, İraqdan, Liviyadan və digər ərəb ölkələrindən köçən erməniləri işğal olunmuş Azərbaycan torpaqlarında yerləşdirməkdə davam edirlər. Lakin tarixi ədalətsizliyin də bir sonu var.

Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqlı olaraq, öz çıxışlarında dəfələrlə qeyd etmişdir. “Bizim tarixi torpaqlarımız təkcə Dağlıq Qarabağın ərazisi deyil. İrəvan, Göyçə, Zəngəzur bizim tarixi coğrafiyamızdır, tarixi torpaqlarımızdır. Ermənistan vaxtilə bizim o torpaqlarımızda qanunsuz olaraq dövlət qurub, indi də bizim torpağımızda ikinci dövlət qurmaq istəyir. Azərbaycan xalqı heç vaxt buna imkan verməyəcək”.[ Prezident İlham Əliyev: İrəvan, Göyçə, Zəngəzur bizim tarixi coğrafiyamızdır. http://www.yap.org.az/az/view/news/17169/prezident-ilham-eliyev-irevan-goyche-zengezur-bizim-tarixi-cografiyamizdir. İstifadə olunma tarixi: 29.03.2019]

Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor, YAP Siyasi Şurasının üzvü, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Elm, təhsil və innovasiyaların inkişafında xidmətlərinə görə Beynəlxalq “Sokrat” və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Beynəlxalq Qızıl ulduz mükafatı laureatı

İradə Hüseynova

Məqalədə:
Xəbər lenti

Xəbər lenti