...

Xəzərin ən böyük barjı təmir olunub (FOTO)

Cəmiyyət Materials 17 Aprel 2019 17:46 (UTC +04:00)
Proses “Bibiheybət” Gəmi Təmiri Zavodunda həyata keçirilib.
Xəzərin ən böyük barjı təmir olunub (FOTO)

Bakı. Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının balansında olan “STB-1” barjı təmir edilib.

QSC-dən Trend-ə verilən məlumata görə, proses “Bibiheybət” Gəmi Təmiri Zavodunda həyata keçirilib.

Təmir müddətində üzən vasitənin sualtı və suüstü hissəsi təmizlənib və rənglənib, Bundan başqa, barjın dib-yan armaturlarının təmiri də yerinə yetirilib.

Təmirdən sonra “STB-1” heyəti üzvləri və Registr təsnifatı nümayəndələrinə təhvil verilib. Barj artıq tərsanədən suya buraxılıb və Xəzər Dəniz Neft Donanmasına məxsus Liman-bazaya göndərilib.

Məlumat üçün bildirək ki, “STB-1” barjının uzunluğu 163, eni 45 metr, göyərtəyə yükgötürmə qabiliyyəti 18000 tondur. Bu da onun Xəzər dənizində ən böyük barj olduğunu deməyə əsas verir.

“STB-1” dəniz stasionar platformalarının tikintisi üçün böyükölçülü dayaq bloklarının daşınmasında istismar olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti