...

Zərdab və Füzulidə bir neçə müəssisə istifadəyə verilib (FOTO)

Cəmiyyət Materials 18 Aprel 2019 01:48 (UTC +04:00)
Zərdab və Füzulidə yeni tibb məntəqəsi, yem emalı və toxum təmizləmə məntəqəsi inşa edilib, uşaq bağçası təmir edilib.
Zərdab və Füzulidə bir neçə müəssisə istifadəyə verilib (FOTO)

Bakı. Trend:

Zərdab və Füzulidə yeni tibb məntəqəsi, yem emalı və toxum təmizləmə məntəqəsi inşa edilib, uşaq bağçası təmir edilib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, həmin layihələr ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihə çərçivəsində həyata keçirilib.

Zərdabın Hüseynxanlı kəndində təmir edilmiş uşaq bağçası icmada 30-dan çox uşağı isti, təhlükəsiz və sağlam tədris mühiti ilə təmin edəcək. Gödəkqobu kəndində sakinlər yerli və regional hakimiyyət orqanları ilə birgə işləyərək köhnə tibb məntəqəsini əvəzləyən və icmanın səhiyyə ehtiyaclarını daha yaxşı ödəyə biləcək yeni tibb məntəqəsi inşa ediblər. Müayinə və gözləmə otaqlarından ibarət yeni məntəqə Gödəkqobu kəndinin 1700-dək sakininin gündəlik tibbi xidmətlərini yaxşılaşdıracaq.

Füzulinin Alxanlı kəndində yeni yem emalı və toxum təmizləmə məntəqəsi yerli fermerlərə özlərinin mal-qara və quş təsərrüfatları üçün münasib qiymətə yem və müxtəlif bitkilər üçün təmiz toxum əldə etməyə imkan yaradacaq. Kənd sakinləri yonca, taxıl və arpanı yemə çevirmək və toxumları almaq üçün rayon mərkəzinə uzun məsafə gət etməli olmayacaqlar. Həmin məntəqə əsas məşğuliyyəti kənd təsərrüfatı olan 1,500-dək kənd sakininə xidmət edəcək.

Həmin layihələr USAID, Azərbaycanın hökuməti və yerli icmalar arasında öz həyat səviyyələrini yaxşılaşdırmağa yönəlik səylərinə dəstək göstərmək məqsədi daşıyan əməkdaşlıq çərçivəsində həyata keçirilib. USAID-in SEDA adlı layihəsi İqtisadiyyat nazirliyinin dəstəyi ilə Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunur. 2011-ci ildən SEDA layihəsində iştirak edən icmalar 109 kənddə 225.000-ə yaxın insanın faydalana biləcəyi 139 layihənin həyata keçirilməsinə töhfə veriblər. Bu layihələr sırasında yerli iqtisadiyyatı dəstəkləyən fəaliyyətlər, tibb məntəqələri, yol, su və suvarma sistemləri və məktəblərin təmiri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti