...

Qafqazda ən az su Azərbaycandadır - Akademik

Cəmiyyət Materials 30 May 2019 11:28 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Qafqaz ekosistemində olsaq da, regionda ən az su Azərbaycandadır. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti su ehtiyatlarının artırılması ilə bağlı ardıcıl tədbirlər görüb:

"Azərsu" yaranandan sonra bu sahədə tədbirlər görülür, içməli su ehtiyatı artırılır. Bu gün Azərbaycanda əhaliyə verilən içməli su Beynəlxalq Səhiyyə Təşkilatının standartlarına tam uyğundur. Bunu tam əminliklə deyə bilərəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti