...

Ramazan bayramı ilə əlaqədar aprel şəhidlərinin ailələri ziyarət edilib (FOTO)

Cəmiyyət Materials 4 İyun 2019 22:20 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Ramazan bayramı ilə əlaqədar Aprel döyüşlərinin şəhidlərinin ailələrini ziyarət edib
Ramazan bayramı ilə əlaqədar aprel şəhidlərinin ailələri ziyarət edilib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Ramazan bayramı ilə əlaqədar Aprel döyüşlərinin şəhidlərinin ailələrini ziyarət edib.

Trend-in məlumatına görə, Ramazan ayının özəlliklərindən biri də sülh, birlik, rifah və milli adət-ənənələrimizdən irəli gələn insanları, xüsusən diqqətə ehtiyacı olan şəxsləri yada salmaqdır. Bu münasibətlə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Aprel döyüşlərində şəhid olmuş igidlərimizin ailələri ziyarət edilib.

Tanınmış müğənnilər Elnur Məmmədovun, Amil Həsənoğlunun, Kikboksinq üzrə altıqat dünya çempionu Pərviz Abdullayevin Baş İdarənin əməkdaşları ilə birlikdə ailələrlə görüşü, məzhəkəçinin uşaqlarla məzəli söhbətləri şəhid balaların qəlbinə sevinc, körpələrin dodaqlarına təbəssüm qondurub.

Vətən torpağı uğrunda şəhid olmuş igidlərimiz hər zaman qəlbimizdə yaşayır, onların övladlarına qayğı göstərib, valideynlərinə layiq böyüməsinə dəstək olmaq isə hər birimizin müqəddəs borcumuzdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti