...

Rayon sakinləri Təhsil Nazirliyinə video bağlantı vasitəsilə müraciət edəcəklər

Cəmiyyət Materials 10 İyun 2019 16:37 (UTC +04:00)
Məhəbbət Vəliyeva Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon sakinlərini canlı video bağlantı vasitəsilə qəbul edəcək.
Rayon sakinləri Təhsil Nazirliyinə video bağlantı vasitəsilə müraciət edəcəklər

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva iyunun 11-də saat 16:00-da Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon sakinlərini canlı video bağlantı (videoqəbul) vasitəsilə qəbul edəcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Videoqəbula yazılmaq istəyən vətəndaşlar 10 iyun 2019-cu il saat 18:00-dək Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonla əlaqə yaradaraq, nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olaraq (http://edu.gov.az/az/contacts/request) və ya 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə (ünvan: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 7) müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların Təhsil Nazirliyinə müraciət etmək imkanlarını müasir texnologiyalardan istifadə ilə genişləndirmək, regionlarda yaşayanlara nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə video bağlantı vasitəsilə birbaşa əlaqə imkanının yaradılmasıdır.

Qaydalara əsasən, videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda üçdən artıq şəxsin birlikdə iştirakına icazə verilmir. Videoqəbul zamanı bir müraciət üçün maksimum müəyyən edilmiş vaxt 15 dəqiqədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti