...

Bu gün Azərbaycana yay gəlir

Cəmiyyət Materials 21 İyun 2019 09:05 (UTC +04:00)
Bu gün Azərbaycanda yay fəsli başlayacaq.
Bu gün Azərbaycana yay gəlir

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Azərbaycanda yay fəsli başlayacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Trend-ə bildirib ki, ölkəmizə yay fəsli bu gün saat 19:54-də daxil olacaq.

Yay fəslinin daxil olması ilə yaz yekunlaşacaq.

Xatırladaq ki, yaz fəsli ölkəmizə martın 21-i gecə saat 01:58-də daxil olmuşdu.

Qeyd edək ki, bu il sentyabrın 23-ü 11:50-də payız, dekabrın 22-si 08:19-da isə qış fəsli ölkəmizə qədəm qoyacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti