Bakı. Trend:
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti abunəçilər tərəfindən “Facebook” üzərindən göndərilən müraciətlərin effektiv cavablandırılmasına görə növbəti dəfə “Socially Devoted” sertifikatına layiq görülüb.
Böyük şirkətlərin sosial şəbəkələrdəki fəaliyyətinin monitorinqini həyata keçirən beynəlxalq “Socialbakers” şirkəti 2019-cu ilin II rübündə daxil olan sorğuların Bakcell tərəfindən 100%-ni cavablandırdığını qeyd edib. Qeyd edək ki, Bakcell cari ilin I rübündə də ən yüksək nəticə göstərərək “Socially Devoted” sertifikatına layiq görülüb. Bakcell şirkəti son bir neçə ildə abunəçi müraciətlərini 100% cavablandıraraq ən yüksək nəticəyə nail olur.
Yüksək keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti “Bakcell”in fəaliyyətinin prioritet istiqamətlərindəndir. Sosial şəbəkələr məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha effektiv şəkildə çatdırılması və abunəçilərin suallarının cavablandırılması baxımından “Bakcell”in vacib kommunikasiya vasitələrindən biridir.