...

Hərbi pilotun yaxın qohumları görülən tədbirlər barədə məlumatlandırılıb (FOTO)

Cəmiyyət Materials 27 İyul 2019 18:57 (UTC +04:00)

Bakı. Trend:

Qəzaya uğramış hərbi təyyarənin pilotunun ailə üzvləri və yaxınları təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan əməliyyat qərargahında müdafiə naziri Zakir Həsənov ilə görüşüblər.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı pilotumuzun yaxınları “Təki, Vətən sağ olsun! Övladımızın xidməti ilə şərəf duyuruq!” deyərək, göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Hərbi təyyarə Xəzər dənizinə düşüb.

Qəzanın səbəblərinin araşdırılması və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə əməliyyat qərargahı yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti