...

Azərbaycanın 3 rayonunda bir neçə məntəqədə təbii qazın verilişi dayandırılıb

Cəmiyyət Materials 7 Avqust 2019 10:21 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Qaz İxrac İdarəsinin balansında olan “Azadkənd-İmişli” magistral qaz kəmərində korroziyaya uğramış hissələrin dəyişdirilməsi və aşkar olunmuş qaz sızmalarının ləğvi işləri icra olunacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar saat 06:00-dan 21:00-a qədər bir sənaye müəssisəsində, saat 08:00-dan 20:00-a qədər isə Saatlı və İmişli rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

Bundan başqa, bu gün saat 09:00-dan sabah işlər başa çatana qədər “Dondarquşçu” Qaz Paylayıcı Stansiyasında yenidənqurma işləri ilə bağlı olaraq Tovuz şəhərinin və bir neçə kənddə qaz təchizatında məhdudiyyətlər qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti