...

Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri bu gün elan olunacaq

Cəmiyyət Materials 21 Avqust 2019 12:22 (UTC +04:00)
2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşıb.
Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri bu gün elan olunacaq

Bakı. Elçin Mehdiyev - Trend:

2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, sənəd qəbulunun nəticələri bu gün elan olunacaq.

Xatırladaq ki, peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə “ASAN xidmət” mərkəzlərində elektron qaydada həyata keçirilib.

Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti