...

Bu il 60,5 minədək şəxsi işlə təmin edilib

Cəmiyyət Materials 13 Sentyabr 2019 18:54 (UTC +04:00)

Bakı. Trend:

2019-cu ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin aktiv məşğulluq tədbirləri nəticəsində 60 475 nəfər münasib işlə təmin olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 45,6 faiz çoxdur.

Xüsusilə Prezident İlham Əliyevin təşəbbüsü əsasında hazırlanaraq icra olunan “İşsizin DOSTu” proqramı işsiz və işaxtaranların səmərəli məşğulluğunun təminatında önəmli rol oynayıb. Nazirliyin tabeliyindəki DOST Agentliyinin “DOST İş Mərkəzi” tərəfindən proqram çərçivəsində cari ilin 8 ayında 40 mindən çox vətəndaşa ödənişli ictimai işlərə göndəriş verilib. Proqram çərçivəsində işsiz və işaxtaranların əmək müqaviləsi əsasında ödənişli ictimai işlərlə təminatı həyata keçirilib.

Yanvar-avqust aylarında Dövlət Məşğulluq Xidmətinin xətti ilə eyni zamanda 1200-ə yaxın vətəndaş üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib. Əksəriyyəti gənclərdən ibarət 67 mindən çox şəxsə Xidmət tərəfindən peşəyönümü məsləhətlər verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti