...

Vilayət Eyvazov: Ölkə üzə cinayətlərin sayı azalıb (FOTO)

Cəmiyyət Materials 16 Sentyabr 2019 18:41 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə qəsdən adam öldürmələrin 13,8, adam öldürməyə cəhdlərin 18,5, qəsdən sağlamlığa ağır zərərvurmaların 1,8, odlu silahın tətbiqi ilə törədilən cinayətlərin 7,5, mülkiyyət əleyhinə olan cinayətlərin 12,2, o cümlədən quldurluqların 7, hədə-qorxu ilə tələb etmələrin 19, dələduzluqların 27 faiz azalıb.

Trend-in məlumatına görə, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyində “Mülkiyyət əleyhinə olan cinayətlərin və qeyri-aşkar şəraitdə baş vermiş xırda talamaların qarşısının alınması və açılması”nın, həmçinin “Polis sahə rəisləri və inspektorları tərəfindən inzibati qanunvericiliyin tətbiqi sahəsində görülmüş işlər”in vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında deyib.

Nazir daxili İşlər naziri gündəlikdəki məsələlər üzrə görülən işlərin ümumən qənaətbəxş olduğunu, eyni zamanda, bəzi ərazi orqanlarında müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu diqqətə çatdıraraq onların aradan qaldırılması üçün adekvat tədbirlərin görülməsini tələb edib.

V.Eyvazov cari ilin 8 ayında asayişin və ictimai təhlükəsizliyin təmini ilə bağlı qarşıya qoyulmuş vəzifələrin bütövlükdə layiqincə yerinə yetirildiyini, cinayətkarlıqla mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında əldə olunmuş müsbət nəticələrin hesabat dövründə də qorunub-saxlanıldığını diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti