...

Əhməd bəy Ağaoğlu ilə bağlı simpoziumun ikinci günü panellərlə davam etdirilir (FOTO)

Cəmiyyət Materials 22 Oktyabr 2019 19:15 (UTC +04:00)
“Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda Simpoziumun ikinci günü panellərlə davam etdirilir.
Əhməd bəy Ağaoğlu ilə bağlı simpoziumun ikinci günü panellərlə davam etdirilir (FOTO)

Bakı. Trend:

Böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə əlaqədar olaraq, Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Türk Ocaqları İstanbul şöbəsi, İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda ikigünlük elmi konfrans öz işini panellərlə davam etdirir.

Aİİ-dən Trend-ə verilən məlumata görə, panellər professorlar Cezmi Bayram, Mübariz Süleymanlı və Nəsib Nəsiblinin moderatorluğu ilə keçirilib.

Panellərdə millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafa; professorlar Mübariz Süleymanlı, Vaqif Sultanlı; dosentlər Firdovsiyyə Əhmədova, Fərhad Cabbarov, Lalə Hacıyeva, Mehmet Kaan Çelen, tarix üzrə fəlsəfə doktoru Akif Vəliyev və Haluk Kayıcı məruzələrlə çıxış ediblər.

Məruzəçilər XIX əsrdən başlayan milli özünüdərk, özünəqayıdış prosesi, milli mədəniyyətin qorunması və inkişafı yolunda mübarizənin XX əsrin əvvəllərində yüksək inkişaf mərhələsinə çatdığını, bu dövrün parlaq, görkəmli mütəfəkkir şəxsiyyətlərindən olan Əhməd Bəy Ağaoğlunun milli şüurun oyanması, formalaşması və inkişafı üçün xalqın, Vətənin istiqlalı yolunda əhəmiyyətli ideyalar irəli sürdüyünü, Azərbaycanın mənəvi fikir xəzinəsini zənginləşdirdiyini, ictimai-siyasi, ədəbi-bədii və tarixi-fəlsəfi təfəkkürümüzdə silinməz izlər qoyduğunu bildiriblər.

Qeyd edək ki, konfransada 20-dən çox məruzəçinin məruzəsi 6 paneldə dinlənilib. “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda toplanmış məqalələr kitab şəklində çap olunacaq.

Xatırladaq ki, Aİİ öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin təbliğinə, tələbələrdə vətənpərvərlik ruhunun, Vətənə sevginin və ona bağlılığın gücləndirilməsinə, tanınmış Azərbaycan mütəfəkkirlərinin həyat və yaradıcılığının öyrənilməsinə xüsusi önəm verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti