...

“Azərbaycan Sənaye Korporasiyası” ASC-də Ümummilli Lider Heydər Əliyevin anıldı (FOTO)

Cəmiyyət Materials 12 Dekabr 2019 14:28 (UTC +04:00)

Bakı. Trend:

“Azərbaycan Sənaye Korporasiyası” ASC-də 12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.

“Azərbaycan Sənaye Korporasiyası” ASC-dən Trend-ə verilən məlumata görə, tədbir iştirakçıları və qonaqlar əvvəlcə Korporasiyanın inzibati binasının foyesində Ümummilli Lider Heydər Əliyevin büstü önünə əklil qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə açan Korporasiyanın baş direktoru Kamran Nəbizadə qeyd edib ki, Ulu Öndər dahi şəxslərə məxsus olan mərdlik, cəsarət, səmimiyyət, qətiyyət, müdriklik, yüksək intellekt kimi insani xüsusiyyətləri özündə təcəssüm etdirirdi. Heydər Əliyev görkəmli dövlət xadimi, müdrik lider, praqmatik siyasətçi olmaqla yanaşı həm də sadə, təvazökar, ədalətli, demokratik prinsiplərə sadiq bir insan idi. Baş direktor vurğulayıb ki, Azərbaycan xalqının tarixində görkəmli xadimlər sırasında Heydər Əliyev xüsusi və istisna yer tutur. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünya miqyaslı siyasətçi, Azərbaycan xalqının Ümummilli Lideri səviyyəsinə yüksəlmiş yeganə şəxs olan Ulu Öndərin fəaliyyət göstərdiyi bütün sahələrdə özünü lider kimi təsdiq etdiyini qeyd edən Kamran Nəbizadə, tariximizin ən çətin anlarında belə, Heydər Əliyevin yenilməz siyasi iradə nümayiş etdirərək, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi anti-azərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildiyini vurğulayıb.

Tədbirdə cıxış edən iqtisad elmləri doktoru, professor Ziyad Səmədzadə hər bir xalqın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyasının məhz fenomenal liderlərin adı ilə bağlılığını və xalqımızın alternativsiz liderinin məhz Heydər Əliyev olduğunu qeyd edib. Ulu Öndərlə bağlı xatirələrindən danışan professor Ziyad Səmədzadə onu da vurğulayıb ki, Azərbaycana inkişaf, xilaskarlıq, qurtuluş bəxş edən missiyanın banisi olan bu böyük şəxsiyyət əslində məhz Azərbaycan üçün dünyaya gəlib, canından da artıq sevdiyi Vətəninə və xalqına layiqli xidməti nəticəsində bu gün və daima millətinin və tarixin yaddaşında əbədi yer tutacaq.

Tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi, eyni zamanda 1969-cu ildən başlayaraq 30 ildən artıq bir dövrü əhatə edən Azərbaycanın ən yeni tarixi, eləcə də ölkəmizin həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin müdrik dövlətçilik siyasəti ilə bağlıdır və Ulu Öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsi olaraq, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə edib, xalqın xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılıb, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olunub. Tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov onu da qeyd edib ki, bütöv Azərbaycana doğru gedən yolun başlanğıcı məhz Ümummilli Lideri Heydər Əliyevdir.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin şərəfli həyat və fəaliyyəti haqqında film nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti