...

Ceyhun Bayramov: Ali məktəbə qəbul üçün yeni imtahan modelində də qapalı tipli suallar çoxluq təşkil edir

Cəmiyyət Materials 18 Dekabr 2019 13:47 (UTC +04:00)
Ali məktəblərə qəbul üçün yeni imtahan modelində də qapalı tipli suallar çoxluq təşkil edir.
Ceyhun Bayramov: Ali məktəbə qəbul üçün yeni imtahan modelində də qapalı tipli suallar çoxluq təşkil edir

Bakı. İlhamə İsabalayeva - Trend:

Ali məktəblərə qəbul üçün yeni imtahan modelində də qapalı tipli suallar çoxluq təşkil edir. Amma buna baxmayaraq, yeni imtahan modeli əvvəlki modellə müqayisədə daha yüksək bacarıqları ölçməyə imkan verir.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov "Yeni imtahan modeli: islahatlar, nəticələr və gözləntilər" adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yeni imtahan modelində fənlərin sayında da azalma var: "Hesab edirik ki, bu, həm qiymətləndirmə yükünün azaldılması, həm də abituriyentlərin imtahanlarda psixoloji baxımdan daha rahat olması üçün əhəmiyyətli dəyişiklik olacaq".

C.Bayramov əlavə edib ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən, bu il ərzində müxtəlif sahələrdə özünü doğruldan 100 gənc ali məktəbə müsabiqədənkənar qəbul olunub.

O, bu dəyişikliyin növbəti illərdə çox müsbət nəticələr verəcəyinə əminliyini bildirib.
--

Məqalədə:
Xəbər lenti

Xəbər lenti