...

Baş prokurorun müavini Balakən və Zaqatala rayon sakinlərinin qəbulunu keçirəcək

Cəmiyyət Materials 7 Yanvar 2020 15:26 (UTC +04:00)
Baş prokurorun müavini Namiq Əsgərov yanvarın 10-da saat 10:00-da Balakən rayon prokurorluğunun inzibati binasında Balakən və Zaqatala rayon sakinlərinin qəbulunu keçirəcək.
Baş prokurorun müavini Balakən və Zaqatala rayon sakinlərinin qəbulunu keçirəcək

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokurorun müavini Namiq Əsgərov cari il yanvarın 10-da saat 10:00-da Balakən rayon prokurorluğunun inzibati binasında Balakən və Zaqatala rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Balakən rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti