Bakı. Samir Əli - Trend:
Bakının Səbail rayonunda yenidən sürüşmə hadisəsi baş verib.
Səbail Rayon İcra hakimiyyətindən Trend-ə verilən məlumata görə, sürüşmə rayonun Badamdar qəsəbəsi, Badamdar şosesində qeydə alınıb.
Hadisə nəticəsində Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətində olan yol bağlanıb.
Aidiyyəti qurum əməkdaşları hadisə yerindədirlər.
Xatırladaq ki, bu ərazidə sonuncu dəfə 2018-ci ilin oktyabrın 12-də sürüşmə baş vermişdi. Sonrakı günlərdə sürüşmə aktivləşərək, təxminən 200 metrdən artıq eni olan bir ərazini əhatə etməklə avtomobil yoluna qədər hərəkət etmişdi. Yol kənarındakı istinad divarının əksər hissəsi çökmüşdü.
FOTO - Ceyhun Ələkbərov