...

Təhsil Nazirliyində dörd yeni təyinat olub

Cəmiyyət Materials 9 Yanvar 2020 14:14 (UTC +04:00)
Bu barədə Təhsil Naziri Ceyhun Bayramov müvafiq əmrlər imzalayıb.
Təhsil Nazirliyində dörd yeni təyinat olub

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyində yeni təyinatlar olub.

Trend-in məlumatına görə, bu barədə Təhsil Naziri Ceyhun Bayramov müvafiq əmrlər imzalayıb.

Nazirin əmri ilə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov Təhsil İnstitutunun direktor müavini təyin edilib. Nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri vəzifəsinə isə bundan əvvəl Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutunun direktoru vəzifəsində çalışan Vəfa Yaqublu təyin olunub.

Bundan əlavə, Təhsil nazirinin əmri ilə nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışan Emin Əmrullayev Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsi isə bu şöbənin müdir müavini vəzifəsində çalışan Nərminə Hüseynovaya həvalə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti