...

Təyyarədə daha təhlükəsiz necə uçmaq olar?

Cəmiyyət Materials 18 Yanvar 2020 10:22 (UTC +04:00)
Təyyarə ən müasir və təhlükəsiz nəqliyyat vasitələrindən biridir. Lakin bəzi məsləhətləri yerinə yetirməklə təyyarədə daha rahat və təhlükəsiz uçmaq mümkündür.
Təyyarədə daha təhlükəsiz necə uçmaq olar?

Bakı. Trend:

Bu gün Rusiyanın Novosibirsk şəhərinin “Tolmaçovo” hava limanında uçuşdan qabaq təyyarənin mühərriki yanıb. S7 aviaşirkətinə məxsus və Vyetnama uçmalı olan təyyarədə 200-dən çox sərnişin olub. Hadisədən sonra sərnişinlər və heyət üzvləri təxliyə olunub. Yanğının qarşısı qısa müddət ərzində alınıb.

Məlum olduğu kimi, təyyarə ən müasir və təhlükəsiz nəqliyyat vasitələrindən biridir. Lakin bəzi məsləhətləri yerinə yetirməklə təyyarədə daha rahat və təhlükəsiz uçmaq mümkündür.

Son dövrlərdə baş verən təyyarə qəzalarını nəzərə alaraq Trend bir sıra tövsiyyələri təqdim edir.

Ekspertlər tövsiyə edir ki, əgər sizin uçuş vaxtını seçmək şansınız varsa, gündüz vaxtına təyin olunmuş uçuşa üstünlük verin. Çünki gündüz vaxtı həyata keçirilən uçuşlarda ləngimə ehtimalı çox azdır.

Qeyd edək ki, təyyarə gündüz vaxtı uçuşlarda hava burulğanına gecə vaxtı olan uçuşlardan daha az düşür. Gündüz vaxtı uçuşlar xüsusən, təyyarədə uçmaq fobiyası olan sərnişinlər üçün daha əlverişlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti