...

Bakıda itkin düşən yeniyetmə tapılıb

Cəmiyyət Materials 6 Fevral 2020 18:42 (UTC +04:00)
Eminov Kamal Rasim oğlu Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tapılaraq ailə üzvlərinə təhvil verilib.
Bakıda itkin düşən yeniyetmə tapılıb

Bakı. Samir Əli - Trend:

Bakıda itkin düşən yeniyetmə oğlan tapılıb.

Trend-in məlumatına görə, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ev 1 A mənzil 80 ünvanında yaşayan 15.12.1985-ci il təvəllüdlü Eminova Kəmalə Fazil qızı Binəqədi RPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan oğlu 07.07.2003-cü il təvəllüdlü Eminov Kamal Rasim oğlu metronun "20 Yanvar" stansiyasının yanına getmək adı ilə 03.02.2020-ci il tarixdə saat 13:00 radələrində evdən çıxıb gedib və bir daha geri qayıtmayıb.

Eminov Kamal Rasim oğlu 05.02.2020-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sağ-salamat tapılaraq ailə üzvlərinə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti