...

Ceyhun Bayramov: Birinci sinfə daxil olan uşaqların 85 faizi məktəbəhazırlıq qruplarından gəlir

Cəmiyyət Materials 11 Mart 2020 10:05 (UTC +04:00)
Birinci sinfə daxil olan uşaqların 85 faizi məktəbəhazırlıq qruplarından gəlir
Ceyhun Bayramov: Birinci sinfə daxil olan uşaqların 85 faizi məktəbəhazırlıq qruplarından gəlir

Bakı. İlhamə İsabalayeva – Trend:

Bu gün artıq birinci sinfə daxil olan uşaqların 85 faizi ümumtəhsil müəssisələrinə məktəbəhazırlıq qruplarından gəlir.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, 2020-2021-ci tədris ili üçün birinci sinfə şagird qəbulu ilk dəfə olaraq, bütün ölkə üzrə elektron qaydada həyata keçirilir.

C.Bayramov ötən ildən başlayaraq, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların qəbul prosesinin elektron qaydada həyata keçirildiyini xatırladıb.

O qeyd edib ki, bu il məktəbəqədər qruplarında oxuyan 100 mindən çox şagird avtomatik olaraq birinci sinfə qəbul olunacaq. Hazırda məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların birinci sinfə qəbulu üçün sənəd qəbulu aparılır.

C.Bayramov əlavə edib ki, tədrisi digər dillərdə aparılacaq uşaqlar birinci sinfə qəbul zamanı dil bilikləri üzrə müsahibələrdən keçməlidirlər. Artıq bu uşaqların məktəbəhazırlıq qruplarından gələn bir hissəsi müsahibədən keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti