...

Azərbaycanın birinci Ombudsmanı Elmira Süleymanovanın təşəbbüsü ilə Bakı Kitab Mərkəzi “Koronavirusdan sonrakı həyat” adlı esse müsabiqəsi elan edib

Cəmiyyət Materials 7 Aprel 2020 15:01 (UTC +04:00)
Bakı Kitab Mərkəzi (Baku Book Center) tərəfindən və “Koronavirusdan sonrakı həyat” adlı esse müsabiqəsi elan edib.
Azərbaycanın birinci Ombudsmanı Elmira Süleymanovanın təşəbbüsü ilə Bakı Kitab Mərkəzi “Koronavirusdan sonrakı həyat” adlı esse müsabiqəsi elan edib

Bakı. Trend:

Bakı Kitab Mərkəzi (Baku Book Center) tərəfindən və “Koronavirusdan sonrakı həyat” adlı esse müsabiqəsi elan edib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, müsabiqənin təşəbbüskarı Azərbaycan Respublikasının birinci Ombudsmanı Elmira Süleymanovadır.

Essedə müəllifə koronavirus pandemiyasından sonrakı həyatın bütün bəşəriyyət üçün necə olacağına dair fikirləri ilə, bu xəstəliyin elmi, siyasi, humanitar, sosial, iqtisadi, psixoloji və digər təsirləri barədə mülahizələri ilə bölüşməyi təklif olunur.

Müsabiqə qaliblər 6 yer üzrə müəyyən olunub, müxtəlif məbləğdə pul vəsaiti ilə mükafatlandırılacaqlar.

Esselərin təqdim edilməsi üçün son tarix 10 may 2020-ci il olaraq təyin edilib.

Müsabiqədə yaşı 18 və ya 18-dən yuxarı olan şəxslər iştirak edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti