Bakı. Samir Əli - Trend:
Koronavirusa aktiv yoluxma əsasən 50-60 və 30-40 yaş arasında insanlardadır.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
Onun sözlərinə görə, bu günə qədər ümumilikdə 75 min 397 test keçirilib:
"İndiyədək virusa 1253 yoluxma faktı aşkar edilib, onlardan 404 nəfər sağalıb. Hazırda 836 nəfər aktiv xəstə var. Həmin şəxslərdən 17 nəfər reanimasiyadadır ki, onların da 6-sı süni nəfəs aparatına qoşulub".