...

Şagird və valideynlər üçün növbəti sosial-maarifləndirmə videoçarxı təqdim edilib

Cəmiyyət Materials 28 Aprel 2020 11:46 (UTC +04:00)
Şagird və valideynlər üçün növbəti sosial-maarifləndirmə videoçarxı təqdim edilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən sosial-maarifləndirmə layihəsi davam edir.

BŞTİ-dən Trend-ə verilən məlumata görə, "Məktəb psixoloqundan tövsiyələr" adlı sosial-maarifləndirmə layihəsi çərçivəsində hazırlanmış 3-cü videoçarxda Bakı şəhəri 83 nömrəli məktəb-liseyin psixoloqu Aynur Məmmədova "Özünə hörmət, özünə inam və özünü adekvat qiymətləndirmə" mövzusunda tövsiyələrini təqdim edir.

Layihənin əsas məqsədi valideyn və şagirdlərə sosial təcrid günlərində onlayn psixoloji dəstək göstərmək, uşaqlarla davranış baxımından valideynlərə düzgün istiqamət vermək, qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığı artırmaq və sosial yardımlaşma imkanlarını genişləndirməkdən ibarətdir.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən şagird, valideyn və ümumilikdə bütün vətəndaşlara psixoloji xidmət üçün yaradılmış 146-3 "Qaynar xətt" xidməti də fəaliyyət göstərir. Ölkəmizdə yeni koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar karantin rejimi elan olunduğundan evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda sözügedən "Qaynar xətt" xidməti ilə əlaqə yarada bilərlər.

#EvdəQal #MəktəbPsixoloqundanTövsiyə #DəstəkAl #BakıTəhsilİdarəsi #Müəllim #Şagird #Valideyn

Məktəb psixoloqundan tövsiyələr: "Özünə hörmət, özünə inam və özünü adekvat qiymətləndirmə".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti