...

Azərbaycanda kütləvi tədbirlərlə bağlı qadağa hələ də qüvvədədir

Cəmiyyət Materials 1 May 2020 17:55 (UTC +04:00)
Azərbaycanda kütləvi tədbirlərlə bağlı qadağa hələ də qüvvədədir

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Azərbaycanda kütləvi tədbirlərlə bağlı qadağa hələ də qüvvədədir.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, növbəti mərhələdən sonra bu məsələyə baxılacaq:

"Hələlik qadağalar mövcuddur. Bundan əlavə, idman oyunları və digər kütləvi tədbirlərə də icazə verilmir. Hazırda yeni yoluxmalar qeydə alınsa da, vəziyyətə nəzarət olunur. Amma hələ ki, yoluxma halları olduğundan bu qadağalar ləğv edilmir".

İbrahim Məmmədov əlavə edib ki, toy və yas mərasimlərinə tətbiq olunan qadağalar da aradan götürülməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti