...

Gədəbəydə müxbirin DSMF-də döyülməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir - RƏSMİ

Cəmiyyət Materials 6 May 2020 20:17 (UTC +04:00)
Gədəbəydə müxbirin DSMF-də döyülməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir - RƏSMİ

Bakı. Trend:

Gədəbəydə anews.az saytının müxbirinin Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon şöbəsində döyülməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin rəhbəri Fazil Talıbov deyib.

O, bildirib ki, mayın 4-də saat 11:05-də Qənbərov Zaur Ələddin oğlu şöbənin inzibati binasında şöbə müdirinin müavini İbrahim Ələsgərovun otağına girərək onu təhqir edib:

“Səs-küyə sürücü İsfəndiyar Qələndərov otağa daxil olarkən onu da hədələyərək sürücüylə mübahisə edib. İdarənin müdirini və işçiləri təhqir edib. Hədə-qorxu gəlib. İdarənin iş ahəngini 40 dəqiqəyə yaxın pozub. Zaur Qənbərovla bağlı insidentə və onun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün DSMF-in yerli şöbəsi tərəfindən Gədəbəy rayon Prokurorluğuna müraciət olunub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti