...

OnlayNHN layihəsinin birinci turuna yekun vurulub (FOTO)

Cəmiyyət Materials 18 May 2020 16:39 (UTC +04:00)
OnlayNHN layihəsinin birinci turuna yekun vurulub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gənclərin İntellektual İnkişaf Mərkəzi və ‘’Xəzər İntellektual Gənclər Klubu’’nun təşkilatçılığı ilə gənclər arasında ‘’Evdə qal, OnlayNHNə qoşul’’ şüarı ilə Nə? Harada? Nə zaman? oyunu üzrə ‘’OnlayNHN’’ layihəsinin birinci turuna yekun vurulub.

Trend-in məlumatına görə, ‘’Quantum’’ platformasında keçirilən yarışda 80-ə yaxın komanda mübarizə aparıb. 24 suallıq oyun paketinin 18 sualını doğru cavablandıran ‘’Prestij’’ komandası birinci, 17 cavabla ‘’Revolver’’ ikinci, 16 suala düzgün cavab tapmış ‘’NİK’’ komandası üçüncü yerə sahib olub.

Layihənin məqsədi sosial izolyasiya və karantin günlərində intellektual oyun vərdişlərinin artırılması və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsidir. May-iyun aylarını əhatə edəcək layihə dörd turdan ibarət olacaq. Növbəti tur üçün müraciətlər 18 maydan elan ediləcək. Qeydiyyat 23 may saat 21.00-a qədər davam edəcək.

Əlavə məlumatları “Xəzər İntellektual Gənclər Klubu“ və “Xəmsə Milli İntellektual Oyunu“nun facebook səhifələrindən əldə etmək mümkündür.

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti