...

Muxtar Babayev: Ümumilikdə 50 tibb müəssisəsində əmələ gələn tibbi tullantılar zərərsizləşdirilib

Cəmiyyət Materials 21 May 2020 17:14 (UTC +04:00)
Muxtar Babayev: Ümumilikdə 50 tibb müəssisəsində əmələ gələn tibbi tullantılar  zərərsizləşdirilib

Bakı. İlhamə İsabalayeva – Trend:

Mart ayından bu günədək ümumilikdə 50 tibb müəssisəsi və müvəqqəti karantin üçün ayrılmış mehmanxalarda əmələ gələn 2 min kubmetrdən çox təhlükəli tibbi tullantılar zərərsizləşdirilib.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, tullantılar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə birlikdə daşınaraq Abşeron yarımadası, Lənkəran, Şəmkir və Quba rayonlarında yerləşən xüsusi qurğularda yandırılıb:

"Zərərsizləşdirilmə zamanı əmələ gəlmiş təqribən 40 kubmetr kül tullantısı daşınaraq Təhlükəli Tullantılar poliqonunda utilizasiya edilib:

"Bu işlər bu gün də davam etdirilir. Məlumat üçün bildirmək istərdim ki, respublikada təhlükəli tullantıların daşınması və utilizasiyası sahəsində ixtisaslaşmış özəl şirkətlər, bu işlərin həyata keçirilməsində bizə yaxından kömək edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti