...

ADU-da 2019-2020-ci tədris ili yaz imtahan sessiyasının təşkili barədə qərar qəbul edilib

Cəmiyyət Materials 21 May 2020 18:54 (UTC +04:00)
ADU-da 2019-2020-ci tədris ili yaz imtahan sessiyasının təşkili barədə qərar qəbul edilib

Bakı. Trend:

Azərbaycan Dillər Universitetində (ADU) 2019-2020-ci tədris ili yaz imtahan sessiyasının təşkili barədə qərar qəbul edilib.

ADU-dan Trend-ə bildirilib ki, qərara əsasən yaz imtahan sessiyasının təşkili aşağıdakı məsələləri özündə ehtiva edir:

Bakalavr və magistrlərin təcrübəsi

1. Azərbaycan Dillər Universitetində bakalavriat və yenidənhazırlanma təhsili alan tələbə və dinləyicilərin pedaqoji (istehsalat) təcrübəsinin qiymətləndirilməsi iki istiqamətdə keçiriləcək :

  • Pedaqoji ixtisaslar üzrə ixtisas fənləri, digər ixtisaslar üzrə tələbənin 4 illik ÜOMG-i, magistratura pilləsi üzrə isə elmi tədqiqat təcrübəsi tələbənin 1 (bir) il yarımlıq fəaliyyəti üzrə ÜOMG-i nəzərə alınacaq.

Yekun Buraxılış Dövlət Attestasiyasının keçirilməsi haqqında

1. Bakalavriat səviyyəsində tədris planını uğurla başa vurmuş tələbələr təhsil müddətində əldə etdiklər ÜOMG-nə uyğun olaraq attestasiyadan keçmiş hesab olunacaqlar. ÜOMG-si ilə razılaşmayan tələbələr üçün iyun ayında ixtisas üzrə dövlət imtahanı təşkil olunacaq.

2. Buraxlış kursunda oxuyan əvvəlki semestlərdən iki fənnə qədər akademik borcu olan qeydiyyatdan keçmiş tələbələr (ödənişli) əsaslarla imtahanlarda iştirak edə biləcəklər.

3. Buraxlış işini tamamlamış tələbələr onlayn şəkildə müdafiə edəcək.

4. Buraxlış işi müdafiəsini tamamlamayan tələbələr ÜOMG-nə uyğun olaraq qiymətləndiriləcək.

Magistrlik dissertasiyasının müdafiəsi haqqında

1. Magistr dissertasiyaları müdafiəsi də müvafiq ixtisaslaşdırılmış şuralarda onlayn şəkildə keçiriləcək.

2019-2020-ci tədris ili yaz imtahan sessiyasının təşkili barədə

1. Onlayn dərslərdə iştirak edən və etməyən bütün tələbələr imtahanlarda iştirakı üçün şərait yaradılacaq.

2. Onlayn dərslərdə iştirak etməyib imtahana buraxılmaq istəyən tələbə 34 balla təmin olunacaq. Qane olmadığı halda, avqust ayında təşkil olunan ödənişsiz icmal dərslərdə iştirak edib, avqust- sentyabr ayında imtahan verə biləcək.

3. Əvvəlki semestrdə davamlı fənn üzrə tələbənin imtahan nəticəsi cari semestrdə keçərli hesab olunacaq.

4. Əvvəlki semestrdə iki fənn üzrə (ödənişli), cari semestrdə akademik borcu yaranmış (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak etmək istəyən tələbələrin qiymətləndirilməsi cari semestr bitəndən sonra ödənişsiz əsaslarla təşkil olunacaq. Yaz semestrinin nəticələrinə görə akademik borcu yaranmış tələbə də sentyabr ayına qədər akademik borcunu ləğv etmək şərtilə təqaüd ala biləcək.

5. Onlayn imtahanlar Microsoft Teams və ya Zoom proqramı vasitəsilə həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti