...

TƏBİB sədri: Tibb müəssisələrində sıxlığın yaranması əsas verir ki, əhalini həmrəyliyə dəvət edək

Cəmiyyət Materials 3 İyun 2020 19:41 (UTC +04:00)
TƏBİB sədri: Tibb müəssisələrində sıxlığın yaranması əsas verir ki, əhalini həmrəyliyə dəvət edək

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı şəhərindəki tibb müəssisələrində sıxlığın yaranması əsas verir ki, əhalini “Biz birlikdə güclüyük” devizi altında həmrəyliyə dəvət edək.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, həftə sonlarında tətbiq edilən məhdudiyyətlərdən sonra əks-epidemik nəticələrin əldə edilməsinə ümid edilir: “İnsanların normal sosial həyata qayıtmasını arzu edirik. Bütün bunlar yalnız həftə sonları üçün verilən qərarardan asılı deyil. Digər günlərdə də qaydalara əməl etməliyik”.

R.Bayramlı qeyd edib ki, maskaya tələbat arta bilər. Amma hər kəs evdə də təlimatlara uyğun olaraq maska hazırlaya bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti