...

Bakıda polis xroniki xəstəliyi olan şəxsi xəstəxanaya çatdırdı

Cəmiyyət Materials 6 İyun 2020 13:17 (UTC +04:00)
Bakıda polis xroniki xəstəliyi olan şəxsi xəstəxanaya çatdırdı

Bakı. Samir Əli - Trend:

Bakının Binəqədi rayonunda xroniki xəstəliyi olan şəxs polisin köməyi ilə xəstəxanaya çatdırılıb.

Trend-in məlumatına görə, hadisə bu gün səhər saatlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib. Qəsəbə sakini, xroniki xəstəliyi olan qadının səhhətində qəfil problem yaranıb. Qadının həyat yoldaşı ərazidə xidmət aparan Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarına müraciət edərək, onlardan kömək istəyib.

Çağırışa dərhal və təxirəsalınmaz müdaxilə edən polis əməkdaşları xəstəni şəxsi avtomobillə xəstəxanaya çatdırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti