...

Postlarda vətəndaşların hərarəti ölçülə bilər

Cəmiyyət Materials 20 İyun 2020 11:59 (UTC +04:00)
Postlarda vətəndaşların hərarəti ölçülə bilər

Bakı. Samir Əli - Trend:

Rayona gedib-gələn icazəli şəxslərin karantin postlarında hərarətinin ölçülməsi mümkündür.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, həmin işi polis deyil, tibb işçiləri həyata keçirməlidir: "Bunu tətbiq etmək olar və bu, işin xeyrinə ola bilər. Amma hələ ki postlarda bu, nəzərdə tutulmayıb. Amma özündə hərarət hiss edən şəxs polis əməkdaşına yaxınlaşaraq məlumat verərsə, dərhal əraziyə tibbi yardım briqadası çağırıla bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti