...

Bəhram Bağırzadənin vəziyyətində dəyişiklik yoxdur - RƏSMİ

Cəmiyyət Materials 22 İyun 2020 10:53 (UTC +04:00)
Bəhram Bağırzadənin vəziyyətində dəyişiklik yoxdur - RƏSMİ

Bakı. Samir Əli - Trend:

Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətində dəyişiklik yoxdur.

Bu barədə Trend-ə açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Onun sözlərinə görə, B.Bağırzadənin durumu stabil, kritik-ağır olaraq qalır. Hazırda təyinata uyğun müalicələr davam etdirilir.

Xatırladaq ki, COVİD-19 virusuna yoluxan Bəhram Bağırzadə vəziyyətinin kəskin pisləşməsi səbəbindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Bəhram Bağırzadə EKMO cihazına qoşulub.

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti