Bakı. Trend:
Koronavirus yoluxmuş və Mərkəzi Gömrük Hospitalında müalicə olunan Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti ağır qiymətləndirilir, amma son günlərdə davamlı müsbət dinamika qeyd edilir.
Bunu Trend-ə, Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.
Onun sözlərinə görə, Bəhram Bağırzadə 2 gün öncə ECMO cihazından da ayrılıb və hazırda yalnız ağciyərləri süni tənəffüs aparatına qoşulu vəziyyətdədir:
"Ümumilikdə, həm ümumi vəziyyətdə, həm də ağciyər toxumalarının laborator göstəricilərində müsbət dinamika var. Dünəndən müyyən huş elementlərinin bərpası müşahidə olunur. Müalicə prosesi davam edir. Ümid edək ki qısa zamanda daha sevindirici xəbərlər verəcəyik”.
Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olmuşdu