...

Ramin Bayramlı: Naxçıvanda indiyə kimi 142 yoluxma aşkarlanıb, 126 nəfər sağalıb, 11 nəfər vəfat edib

Cəmiyyət Materials 3 İyul 2020 18:38 (UTC +04:00)
Ramin Bayramlı: Naxçıvanda indiyə kimi 142 yoluxma aşkarlanıb, 126 nəfər sağalıb, 11 nəfər vəfat edib

Bakı. Samir Əli - Trend:

Pandemiyanın başlandığı dövrdə TƏBİB əməkdaşları Naxçıvana ezam olunaraq oradakı vəziyyəti qiymətləndiriblər.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, Muxtar Respublikada test üçün müasr laboratoriya yaradılıb: "Bu günə qədər Naxçıvanda 9 290 test aparılıb. Nəticədə 142 yoluxma aşkarlanıb. Onlardan 126 nəfər sağalıb, 11 nəfər vəfat edib. Hazırda 5 xəstənin müalicəsi davam etdirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti