...

Gəncə şəhər rəsmiləri sərtlərşdirilmiş karantin rejimi ilə əlaqədar reyd keçiriblər (FOTO)

Cəmiyyət Materials 4 İyul 2020 17:29 (UTC +04:00)
Gəncə şəhər rəsmiləri sərtlərşdirilmiş karantin rejimi ilə əlaqədar reyd keçiriblər (FOTO)

Bakı. Trend:

Gəncədə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.

Trend-in məlumatına görə, pandemiya ilə mübarizədə sakinlərin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı maarifləndirmə işləri çərçivəsində həyata keçirilən reyddə Gəncə Şəhər İcra Hakimiyyəti Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramil Orucov, Milli Məclisin deputatı Naqif Həmzəyev, Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini Oktay Süleymanlı və Gəncə şəhər Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov iştirak ediblər.

İstirahət günü olmasına baxmayaraq, rəsmilər şəhərin müxtəlif ərazilərində fəaliyyət göstərən iri ərzaq mağazalarına baş çəkib, xüsusi karantin rejimi qaydalarına əməl olunmasını və sanitar-gigiyeniq normaların vəziyyətini araşdırıblar.

Reyd zamanı sözügedən məkanlarda Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin tələbləri ilə bağlı maarifləndirici söhbətlər aparılıb, müəyyən olunmuş qaydalara əməl edilməsinin vacibliyi, sərtləşdirilmiş karantin rejiminin qaydalarına riayət etməyənlər barəsində qanunamüvafiq formada tədbirlərin görüləcəyi bir daha xatırladılıb.

Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətində Konoravirusa Qarşı Mübarizə Qərargahının nümayəndələri tərəfindən reyd və maarifləndirmə tədbirləri mütəmadi şəkildə davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti