...

Azərbaycanda daha 523 nəfər koronavirusa yoluxdu, 451 nəfər sağaldı, 9 nəfər öldü

Cəmiyyət Materials 5 İyul 2020 18:15 (UTC +04:00)
Azərbaycanda daha 523 nəfər koronavirusa yoluxdu, 451  nəfər sağaldı, 9 nəfər öldü

Bakı. Trend:

Azərbaycanda 523 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 451 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Trend-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər isə vəfat edib.

İndiyədək 250 nəfər bu virusdan dünyasını dəyişib, 11 742 nəfər sağalıb.

Ötən müddət ərzində 516 min 533 test aparılıb. Bugünkü test sayı isə 6722-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti