...

AMEA-nın Birinci xüsusi şöbəsinin rəisi dünyasını dəyişdi

Cəmiyyət Materials 7 İyul 2020 13:32 (UTC +04:00)
AMEA-nın Birinci xüsusi şöbəsinin rəisi dünyasını dəyişdi

Bakı. İlhamə İsabalayeva - Trend:

Uzun illər AMEA-nın Rəyasət Heyətinin Birinci xüsusi şöbəsinin rəisi və “Alyans” Veteranlar Birliyinin üzvü olmuş, arxa cəbhə veteranı, polkovnik-leytenant Cabbar Bəylərov iyulun 6-da 93 yaşında vəfat edib.

Trend-in məlumatına görə, Cabbar İsa oğlu Bəylərov 1927-ci il sentyabrın 3-də Ağdam şəhərində anadan olmuşdur. O, 1945-1950-ci illərdə Azərbaycan Sənaye İnstitutunda təhsil almışdır.

Polkovnik-leytenant C.Bəylərov Azərbaycan Dövlət Təhlükəsizliyi orqanlarında 37 il məsuliyyətlə çalışmışdır. Təhlükəsizlik orqanları sıralarında fəaliyyət göstərdiyi zaman Azərbaycan Respublikasının milli təhlükəsizliyinin qorunmasında misilsiz əməyi olmuşdur.

O, 1987-ci ilin iyun ayından 2016-cı ilin noyabrın 7-dək, 30 ilə yaxın müddətdə AMEA-da fəaliyyət göstərmişdir. Bu illər ərzində dövlət sirrinin, eləcə də AMEA-da qapalı elmi işlərin, məxfi sənədlərin qorunmasında böyük xidmətləri olmuş, peşəkar fəaliyyətinə görə bir neçə dəfə medal və Fəxri fərmana layiq görülmüşdür.

C.Bəylərov “Alyans” Veteranlar Birliyinin üzvü kimi Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirilən dövlət əhəmiyyətli tədbirlərdə fəal iştirak etmiş, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında mühüm rol oynamışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti