...

Bəhram Bağırzadə bu gün ailə üzvləri ilə telefonla danışıb - Həkim

Cəmiyyət Materials 18 İyul 2020 12:59 (UTC +04:00)

Bakı. Asif Mehman - Trend:

Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti orta ağır kimi qiymətləndirilir, stabildir.

Bunu Trend-ə açıqlamasında Mərkəzi Gömrük Hospitalının müalicə işləri üzrə sədr müavini Bəxtiyar Musayev deyib.

Onun sözlərinə görə, xəstə artıq bir neçə gündür, spontal tənəfüssdədir. Bu gün tənəfüssün burun və ağızla alına bilməsi yoxlanılacaq. Bir neçə yoxlamalar aparaldıqdan sonra sərbəst tənəffüs alması mümkün olacaqdır:

"Xəstə aktivdir, ayağa qalxır, bu gün səhər ailə üzvləri ilə telefonla danışıb".

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti