...

Peşə təhsili üzrə qəbul planına 18 260 yer ayrılıb

Cəmiyyət Materials 10 Avqust 2020 12:00 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

2020-2021-ci tədris ilində peşə təhsili üzrə qəbul planına 18 260 yer ayrılıb.

Trend-in məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov deyib. O bildirib ki, həmin yerlərin 11 040 -ı dövlət , 7220 -i ödənişli əsaslarla həyata keçirələcək.

P.Yusifov əlavə edib ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2020-2021-ci tədris ilində müvafiq sosial həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin yarısı dövlət hesabına qarşılanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti