...

Açılmalara getdiyimiz zaman yoluxmada artımlara hazır olmalıyıq- TƏBİB

Cəmiyyət Materials 15 Avqust 2020 11:26 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Vətəndaşları gündəlik yoluxma sayında kiçik artımların olması narahat edir. Ancaq karantindən sonra açılmalara getdiyimiz zaman belə artımların olmasına hazır olmalıyıq.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, gigiyenik qaydalara elə əməl edilməlidir ki, bu artımlar nəzarət edilən həddə olsun. Yoluxmaların sayının sağalma sayından çox olmaması da əsasdır.

Y.Qarayeva əlavə edib ki, hazırda ölkədə aktiv xəstə sayı 2024 nəfər olub.

O, Bakıda hazırda xəstəxanalarda dolma səviyyəsinin 24 faiz olduğunu nəzərə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti