...

Yaqut Qarayeva: Payız-qış mövsümünə ciddi şəkildə hazırlaşırıq

Cəmiyyət Materials 21 Avqust 2020 17:22 (UTC +04:00)
Yaqut Qarayeva: Payız-qış mövsümünə ciddi şəkildə hazırlaşırıq

Bakı. Samir Əli -Trend:

Pandemiya bütün dünyada fövqəladə hadisədir.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, heç bir ölkə bu xəstəliyə hazır deyil: "Bizim bütün həkimlər bu virusa qarşı hazırlanır. Bakıda həkimlərə bununla bağlı seminarlar da ke,irilib. Bütün həkimlər bu işə səfərbər olunub. Biz bu virusa qarşı hazırlaşmaqda davam edirik. Biz payız-qış mövsümünə ciddi şəkildə hazırlaşırıq. Bəzi tibb işçilərinə istirahət verilib ki, qarşıdan gələn mövsümə hazırlıqlı olsunlar. Tibbi heyət bu işdə əlindən gələni əsirgəmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti