...

Bu gün 3500-dən çox müəllim imtahan verir

Cəmiyyət Materials 25 Avqust 2020 09:38 (UTC +04:00)
Bu gün 3500-dən çox müəllim imtahan verir

Bakı. Trend:

Avqustun 25-də Azərbaycan dili və ibtidai sinif müəllimi olmaq istəyən namizədlər üçün test imtahanları keçirilir. İmtahanlarda 3506 namizədin iştirakı nəzərdə tutulur.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti