...

Uşaqların məktəbə gəlməsilə bağlı valideynlərə seçim imkanı veriləcək

Cəmiyyət Materials 27 Avqust 2020 17:39 (UTC +04:00)
Uşaqların məktəbə gəlməsilə bağlı valideynlərə seçim imkanı veriləcək

Bakı. Elçin Mehdiyev – Trend:

Valideynlərə övladlarının məktəbə gəlmə qaydası ilə bağlı seçim imkanı veriləcək. Valideynlər ya onlayn təhsili, ya da həftədə 2 və ya 3 dəfə məktəbə gələrək əyani təhsil almağı seçə biləcəklər.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, məktəbdə şagirdlərin bədən temperaturu yoxlanılacaq: “Valideynlərə də müraciət edirik ki, əgər uşaqda tepmeratur olarsa, məktəbə gətirməmək məqsədə uyğundur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti