...

Birləşmiş Krallığın nüfuzlu Brooke House Kollecinin Azərbaycanda Foundation Proqramına qeydiyyat başlanır

Cəmiyyət Materials 4 Sentyabr 2020 14:00 (UTC +04:00)
Birləşmiş Krallığın nüfuzlu Brooke House Kollecinin Azərbaycanda Foundation Proqramına qeydiyyat başlanır

Bakı. Trend:

Hər il yüzlərlə gəncimiz ali təhsil almaq üçün dünyanın müxtəlif universitetlərinə üz tuturlar. Belə ali təhsil müəssisələrində akademik tədrisin, qəbul qaydalarında müxtəlifiyini, eləcə də hər ölkənin fərqli təhsil sisteminin olmasını nəzərə alaraq gənclərimiz bununla bağlı müxtəlif çətinliklərlə üzləşirlər.

Onlar Bakalavr, Magistr və Doktorantura təhsili üçün xaricdə ali təhsil müəssisəsini seçməkdə, xaricdə öz ixtisasını müəyyən etməkdə, bu müəssisəyə müraciət edib asan qəbul olunmaqda müxtəlif tədris mərkəzlərinin xidmətlərinə üz tuturlar. Bütün bu maneələri və artan tələbatı nəzərə alaraq, StudyLab Təhsil və İnkişaf Mərkəzi öz tərəfdaşı olan A-level Tədris Mərkəzi ilə birlikdə Birləşmiş Krallıqda yerləşən nüfuzlu Brooke House Kollecinin Foundation proqramını Azərbaycanda keçirmək qərarına gəlmişdir.

Foundation Proqramı qərb təhsil sistemi və Azərbaycanın təhsil sistemi arasında boşluğun doldurulması məqsədilə Birləşmiş Krallıq, ABŞ, Avropa, Kanada və Avstraliyanın kollec və universitetlərinə qəbul üzrə nəzərdə tutulmuş bir illik hazırlıq kursu proqramıdır. Foundation Proqramı xaricdəki təhsil müəssisələrində istifadə olunan akademik ingilis dilinin mənimsənilməsində və xaricdəki təhsilinin idarə edilməsində ilkin şərt olan müstəqil oxumaq bacarıqlarının aşılanmasında şagirdlərə yardım edəcək.

Fənlərin siyahısı geniş olub hər fərdi şagirdin seçdiyi ixtisasdan asılıdır. Tədris edilən fənlərdən bəziləri bunlardır: Əsas Riyaziyyat, IELTS, İnformasiya və Kommunikasiya Texnologiyaları, Biznes Araşdırmalarına Giriş, Psixologiya, Araşdırma Bacarıqları, Fizikaya Giriş və sairə. Bunlar birinci rüb ərzində əsas fənnlər olub ikinci rübə keçid imkanını təmin edir. Eləcə də birinci rübdə bütün tədris və ünsiyyət prosesi ingilis dilində aparılmaqla şagirdə sonrakı rübdə öz ixtisas sahəsini müəyyən etmək və xaricdəki tədris prosesinə daha hazırlıqlı olmaq imkanını verir. Bundan başqa, şagird üzərinə düşən dərslərə hazırlaşmaq üçün müstəqil tədris vərdişlərini əldə edir ki, bu da onun növbəti il xaricdəki Bakalavr təhsilini müstəqil idarə edə bilməsində böyük rol oynayır. Beləliklə, proqramın iki güclü cəhəti üzə çıxmış olur: ingilis dilində tədris və ünsiyyətin təkmilləşdirilməsi və öz təhsil proqramının müstəqil şəkildə idarə edilməsi.

Proqramın müddəti bir ildir. Hər Foundation kursu üzrə dərsin müddəti 1,5 saat olur və dərslər həftədə iki və ya üç dəfə keçirilir. Dərs cədvəlinin detalları proqramın başlanmasına 2 həftə qalmış şagird və valideynlərlə bölüşdürüləcəkdir.

Proqrama 10-cu və 11-ci sinif şagirdləri və xaricdə təhsil almaq niyyətində olanlar yazıla bilərlər. Proqramın qəbul şərtləri barədə daha yaxından tanış olmaq üçün StudyLab Mərkəzinə müraciət edib bütün təfsilatları əldə etmək olar. Ümumilikdə, proqramda iştirak etmək üçün ortadan yüksək ingilis dili (upper intermediate) və ya IELTS ekvivalentinin olması tələb olunur.

Proqramı uğurla bitirdikdən sonra məzunlara Brooke House Kollecinin Foundation sertifikatı verilir. Eləcə də, bu Foundation Proqramı Birləşmiş Krallıq (və ya digər hər hansı ölkə) tərəfindən müəyyən olunmuş qəbul tələblərinə cavab verməkdə yardım etməyə və tərəfdaş olduğu universitetlərdən birində münasib proqrama yerləşdirəcəyinə zəmanət verir.

Hər tərəfdaş universitetə qəbul meyarları fərqlidir, buna görə hansı təhsil müəssisəsində yerləşdirilmə şagirdin imtahanları necə keçməsindən asılı olacaq. Şagird tərəfindən yüksək balın toplanılması onun xaricdə ilk seçim etdiyi ali təhsil müəssisəsinə düşməsini təmin edəcəkdir.

StudyLab Təhsil və İnkişaf Mərkəzi və A-level Tədris Mərkəzinin birgə həyata keçirəcəyi Foundation Proqramına qeydiyyatdan keçməkdə sizlərə yardım etməyə şad olacağıq.

Brooke House Collecinin Foundation Proqramına siz də qoşulun və xaricdə Bakalavr pilləsini vaxt itirmədən əldə edin!

Şirkətin təqdim etdiyi təhsil xidmətləri barədə geniş məlumatı şirkətin rəsmi internet saytından www.studylab.az əldə etmək mümkündür.

Bu xidmətlərdən yararlanmaq istəyən hər bir kəs “StudyLab”a (Bakı şəhəri, Tbilisi pr-ti 36 A; Telefon:

(+99470) 330 96 26,

(+99470) 630 96 26

(+99412) 530 96 26

və ya [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti