...

İctimai yerlərdə 5 nəfərədək toplaşmaq məhdudiyyəti 10 nəfərə qaldırıldı - QƏRAR

Cəmiyyət Materials 4 Sentyabr 2020 19:30 (UTC +04:00)
İctimai yerlərdə 5 nəfərədək toplaşmaq məhdudiyyəti 10 nəfərə qaldırıldı - QƏRAR

Bakı. Trend:

İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.

Trend-in məlumatına görə, bu barədə məlumat Nazirlər Kabinetinin “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarına edilən dəyişiklikdə öz əksini tapıb.

Qeyd edək ki, bundan əvvəl insanların 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmişdi.

Qərar 2020-ci il 8 sentyabr tarixindən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti