...

Yağış və güclü külək Zaqatalanın kəndlərinə ziyan vurdu

Cəmiyyət Materials 17 Sentyabr 2020 11:55 (UTC +04:00)
Yağış və güclü külək Zaqatalanın kəndlərinə ziyan vurdu

Bakı. Ceyhun Ələkbərov - Trend:

Sərt hava şəraiti Zaqatalanın 7 kəndinə ciddi ziyan vurub.

Bu barədə Trend-ə Zaqatala Rayon İcra Hakimiyyətindən bildiriblər. Qeyd olunub ki, kəskin hava şəraiti səbəbindən çoxlu sayda evə və təsərrüfata ziyan dəyib:

“Zaqatalanın Mosul, Qandax, Faldarlı, Müğanlı, Kəpənəkçi, Dağlı və Üçüncü Tala kəndlərinə ziyan dəyib. Bu kəndlərdə bir neçə evin damı yararsız hala düşüb, mal tövlələrinin dam örtüyü də uçub. Çoxlu sayda yaşılllıq əraziyə ziyan dəyib, irigövdəli ağaclar aşıb. Bundan əlavə elektrik və telefon dirəkləri aşıb. Elə yerlər var ki, sıra ilə rabitə kabelləri üçün olan dirəklər aşaraq sıradan çıxıb”.

İH-dən qeyd olunub ki, baş vermiş hadisənin araşdırılması üçün rayon Fövqəladə Hallar Komissiyası tərəfindən xüsusi qruplar ayrılıb və ərazilərə cəlb olunublar:

“Hazırda həmin kəndlərə elektrik enerjisinin verilməsi istiqamətində işlər görülür, bu gün işlərin yekunlaşacağı nəzərdə tutulur. Bəzi ərazilərdə irigövdəli ağacların aşması səbəbindən yollarda avtomobillərin gediş-gəlişində problemlər yaranmışdı. Texnikaların köməyi ilə həmin problemlər də aradan qaldırılıb, yollar açılıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti