Bakı. Trend:
Hazırda ABŞ-ın Boston şəhərindəki Berklee Musiqi Kollecində təhsil alan azərbaycanlı pianoçu-bəstəkar, beynəlxalq festivalların qalibi, Əməkdar artist Emil Əfrasiyab sosial şəbəkə hesabında doğma vətəninə dəstək nümayiş etdirib.
Trend-in məlumatına görə, o, beynəlxalq ictimaiyyəti işğal altında olan torpaqlarını azad etməyə çalışan Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırıb.