...

"AZSIĞORTA” Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 manat köçürüb

Cəmiyyət Materials 6 Oktyabr 2020 16:44 (UTC +04:00)
"AZSIĞORTA” Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 manat köçürüb

Bakı. Trend:

"AZSIĞORTA" şirkəti Ermənistan tərəfindən ölkəmizə yönəldilmiş hərbi təcavüzün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, torpaqlarımızın azadlığı uğrunda döyüşən şanlı Ordumuzun həyata keçirdiyi zəruri əks-həmlə tədbirlərinə dəstək olub.

Azərbaycanın əsas sığorta şirkətlərindən biri kimi tanınan "AZSIĞORTA" Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat vəsait köçürüb. Şirkət, işğal altındakı ərazilərimizi düşməndən azad etmək üçün ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlarla qürur duyduğunu və qətiyyətlə dəstək olmağa hazır olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti